AZ

Azərbaycanın Zəfəri – Tarixi Ədalətin Bərpası

Bakı.Trend:

8 Noyabr tarixi Azərbaycan xalqının yaddaşına qızıl hərflərləyazılmış ən şanlı günlərdən biridir.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılovabildirib.

S.Mikayılova qeyd edib ki, bu gün xalqımızın birliyi, ordumuzunqəhrəmanlığı və şəhidlərimizin müqəddəs qanı ilə yazılmış ZəfərGünüdür:

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyiilə 44 günlük Vətən müharibəsində əldə edilən bu qələbə,torpaqlarımızın azadlığı, milli qürurumuzun bərpası deməkdir. Butarix yüzilliklər boyu mübarizə və əzmlə qorunan Vətəntorpaqlarının azadlığı uğrunda əldə edilmiş möhtəşəm Qələbəninsimvoludur. Bu Zəfər təkcə hərbi qələbə deyil, eyni zamanda millibirliyin, xalq və ordunun sarsılmaz həmrəyliyinin təntənəsidir.Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəmanoğullarımızın canı və qanı bahasına azad edildi. Bu qələbə həm dəAzərbaycanın tarixində yeni bir dövrün - quruculuq, dirçəliş vəsülhün təmin olunması mərhələsinin başlanğıcı oldu."

S.Mikayılova vurğulayıb ki, Şuşanın azad edilməsi isə Zəfərinzirvəsi, Azərbaycanın mədəniyyət beşiyinin yenidən Vətənə qovuşmasıdemək idi:

"8 Noyabrın Zəfər Günü kimi qeyd olunması hər birazərbaycanlının qəlbində fəxarət və iftixar hissi yaradır. 44günlük müharibə zamanı göstərilən qəhrəmanlıq, döyüş ruhu və vətənsevgisi Azərbaycan xalqının tarix boyu formalaşmış milli kimliyininən parlaq təzahürüdür. Qazilərimizin igidliyi, şəhidlərimizinfədakarlığı və xalqımızın birliyi bu Zəfəri mümkün etdi. Bu günişğaldan azad edilmiş torpaqlarda yeni həyat qurulur – yollar,məktəblər, şəhərlər bərpa edilir, üçrəngli bayrağımız azadyurdlarımızda qürurla dalğalanır. Hər bir daşın, hər bir ağacınaltında qəhrəmanlıq və sədaqət hekayəsi yatır".

Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlhamƏliyevin strateji düşüncəsi, diplomatik çevikliyi və hərbi-siyasiuzaqgörənliyi sayəsində Azərbaycan həm döyüş meydanında, həm dəbeynəlxalq arenada tarixi ədaləti bərpa etdi:

"Müharibənin hər günü, hər anı Prezident İlham Əliyevin birdövlət başçısı kimi xalqa verdiyi mesajlarda öz əksini tapırdı.Onun çıxışları, xalqa müraciətləri xalqın ruhunu qaldırır, hər birvətəndaşda qələbəyə inam yaradırdı. Müzəffər Ali Baş Komandan həmdiplomatik cəbhədə, həm də informasiya savaşında müstəsna liderliknümayiş etdirdi.8 Noyabr 2020-ci ildə Şuşanın azad olunması xəbəribütün Azərbaycan xalqını sevinc göz yaşlarına qərq etdi. Bu,Prezident İlham Əliyevin illərlə ardıcıl şəkildə qurduğu güclüdövlətin, müasir ordunun və milli birliyin nəticəsi idi. Məhz onunrəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, üçrənglibayrağımız yenidən Şuşada, Xankəndidə və Qarabağın hər qarışındadalğalandı.Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan buZəfər, yalnız hərbi uğur deyil, həm də mənəvi və siyasi qələbədir.Dövlət başçısı bütün dünyaya göstərdi ki, Azərbaycan xalqıədalətini özü təmin etməyə qadirdir".

Seçilən
54
3
az.trend.az

4Mənbələr