Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 74,74 milyon ABŞ dolları dəyərində içki və tütün ixrac edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, bir il əvvəlki göstəricidən 19 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın analoji məhsullar tədarük edtiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Təkcə sentyabrda Gürcüstan Azərbaycana 11,65 milyon ABŞ dolları dəyərində içki və tütün satıb. Bu, bir əvvələ nisbətən 2 dəfə çoxdur.
Bu ilin ilk 9 ayında Gürcüstan xarici ölkələrə 740 milyon ABŞ dolları dəyərində içki və tütün satıb ki, bu da bir il əvvəlki göstəricidən 2 % azdır.
O cümlədən Gürcüstan Rusiyaya 328,42 milyon ABŞ dolları, Qazaxıstana 58,3 milyon ABŞ dolları, Ermənistana 46 milyon ABŞ dolları, Qırğızıstana 44 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricə 991 milyon ABŞ dolları dəyərində içki və tütün satıb ki, bunun da 84,2 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.