AZ

Tramp: Mərkəzi Asiya ilə möhtəşəm əməkdaşlıq başladı

BAKI, 8 noyabr. TELEQRAF

“Dünən Ağ Evdə beş möhtəşəm ölkənin liderlərinin - Qazaxıstan Prezidenti Kasım-Comərt Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Prezidenti Sadır Japarov və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə keçirilən sammit mənim üçün böyük şərəf oldu”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

Tramp qeyd edib ki, ondan əvvəlki prezidentlər otuz il ərzində Mərkəzi Asiya ölkələrinə kifayət qədər diqqət yetirə bilməyiblər, halbuki bu bölgə Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşir və strateji əhəmiyyətə malikdir, zəngin minerallar, karbohidrogenlər və insan potensialı ilə seçilir.

“C5+1 platformasının 10 illiyini qeyd etmək üçün hava məkanı, strateji minerallar, kənd təsərrüfatı, dəmir yolu, avtomobil istehsalı və texnologiya sahələrində on minlərlə iş yerini dəstəkləyən milyardlarla dollarlıq kommersiya müqavilələri bağladıq. Sammitimiz ABŞ ilə Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan arasındakı yeni və möhtəşəm münasibətlərin başlanğıcı oldu”, - ABŞ Prezidenti qeyd edib.

Seçilən
35
teleqraf.com

1Mənbələr