BAKI, 8 noyabr. TELEQRAF
İngiltərənin "Sauthempton" klubu yarımmüdafiəçi Oriol Romeunun komandaya qayıtdığını elan edib.
Teleqraf xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.
34 yaşlı futbolçu 2025/2026 mövsümünün sonuna qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Romeu yayda İspaniya “Barselona”sından ayrıldıqdan sonra klubsuz idi.
Qeyd edək ki, Oriol Romeu 2015-2022-ci illərdə "Sauthempton"un şərəfini qoruyub. Bu müddət ərzində yarımmüdafiəçi 256 rəsmi matçda iştirak edib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.