AZ

Şuşada "8 Noyabr - Zəfərin təntənəsi" adlı silsilə tədbirlər keçirilir

44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin 5-ci ildönümü ilə əlaqədar Şuşa şəhərində "8 Noyabr - Zəfərin təntənəsi" adlı silsilə tədbirlər başlayıb.

Aznews.az xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə şəhər 1 saylı tam orta məktəbində bayram tədbiri keçirilir.

Məktəbin dəhlizində şagirdlərin Zəfər Gününü əks etdirən əl işləri və rəsm əsərləri sərgilənir. Tədbir çərçivəsində məktəblilərin Zəfərə həsr etdikləri şeir kompozisiyası, rəqs və musiqi nömrələri də təqdim olunacaq.

Həmçinin 1 saylı məktəbin şagirdləri və Qarabağ Universiteti tələbələrinin birgə hazırladığı "Səninlə fəxr edirəm" adlı tamaşa göstəriləcək.

Seçilən
76
1
aznews.az

3Mənbələr