AZ

ABŞ Qəzzaya humanitar yardımın nəzarətini öz üzərinə götürdü — İsrail ikinci plana keçirilir

ABŞ Qəzza sektoruna humanitar yardımın çatdırılmasına tam nəzarəti öz üzərinə götürüb.

Musavat.com xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ və İsrail hökumətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bundan sonra humanitar yüklərin keçidi və bölgüsü İsrail ordusu tərəfindən deyil, Kiryat-Qat şəhərində yerləşən ABŞ komandanlığı tərəfindən idarə olunacaq.

İsrail prosesdə iştirak etsə də, son qərarları yalnız ABŞ verəcək.

Mənbələr bildirir ki, bu dəyişiklik İsrailin bölgədəki rolunun “ikinci plana keçməsi” deməkdir. ABŞ isə yardım həcmi, növü və çatdırılma marşrutları ilə bağlı əsas qərarverici olacaq.

Eyni zamanda, qəzet yazır ki, ABŞ komandanlığının işi hələlik “xaotik” qiymətləndirilir və müxtəlif beynəlxalq qurumlar arasında koordinasiya tam formalaşmayıb.

Humanitar yardımın yeni nəzarət mexanizmi yaxın günlərdə tam gücü ilə işə düşməlidir.

Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr