AZ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. 1news.az xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında paylaşım edib.
"5 il öncə Qarabağda böyük bir zəfər qazanan azərbaycanlı qardaşlarımızın 8 Noyabr Zəfər Gününü ürəkdən təbrik edir, bütün qardaşlarımıza səmimi salamlarımızı çatdırırıq. Türkiyə və Azərbaycan əbədi olaraq "Bir millət, iki dövlət" prinsipi ilə bir və bərabər olmağa davam edəcək!", - paylaşımda qeyd olunub. Nazirlik başqa bir paylaşımda isə Türkiyə komandolarının Bakı küçələrini cəsarət və qardaşlıq sədaları ilə dolduracaqlarını, azərbaycanlı qardaşlarını qürurla salamlayacaqlarını bildirib. "Hərbi Hava Qüvvələrimizin döyüş təyyarələri isə Ay-Ulduzun qüdrətini Bakı səmasında əks etdirərək əbədi qardaşlığımızı dünyaya bəyan edəcək", - paylaşımda vurğulanıb.

Seçilən
49
4
1news.az

6Mənbələr