AZ

Rusiyada helikopter qəzası: Ölənlər var - FOTO

Rusiyaya bağlı Dağıstan Muxtar Respublikasında helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, “Ka-226” tipli helikopter Dağıstan bölgəsində yerləşən Açisu yaşayış məntəqəsində bir evin üzərinə düşüb.

Helikopterin düşməsi nəticəsində yanğın baş verib. Hadisə yerinə təcili yardım və xilasedici qruplar göndərilib.

Hadisə ilə bağlı istintaq başladılıb və ilkin məlumatlara əsasən, qəzaya texniki nasazlıq səbəb olub.

Helikopterin Kizlyar Elektromexanika Zavodunun əməkdaşlarını daşıdığı bildirilib.

Dağıstan Muxtar Respublikasının rəhbəri Sergey Melikov Telegram kanalında verdiyi açıqlamada hadisə yerində işlərin davam etdiyini qeyd edərək, “İlkin məlumatlara görə, 4 nəfər həyatını itirib. Yaralanan 3 nəfər isə xəstəxanaya yerləşdirilib”, - deyə bildirib.

Seçilən
47
10
cebheinfo.az

10Mənbələr