Türkiyədə fabrikdə yanğın nəticəsində 7 nəfər həlak olub.
APA-nın Türkiyə bürosu xəbər verir ki, hadisə Kocaelinin Dilovası rayonunda ətir fabrikində baş verib.
Yanğın nəticəsində 7 nəfər ölüb. Həlak olanların fabrikin işçiləri olduğu bildirilir.
Əraziyə yanğınsöndürən qruplar cəlb olunub.