AZ

“Onlar həyatın pis bir Hollivud filmi olduğunu sanırlar” Maduro

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin Karib hövzəsindəki hərbi fəallığına münasibət bildirib. 

Miranda əyalətinin kənd bölgəsinə səfəri zamanı çıxış edən Maduro ABŞ-ın Venesuelaya yönəlmiş təhdidlərinə toxunub. Prezident qeyd edib ki, Vaşinqton Latın amerikalı xalqları filmlərdəki “pis obrazlar” kimi göstərir:“Onlar bombalayır, öldürür, alçaldırlar, amma yenə də özlərini yaxşı tərəf kimi təqdim edirlər. Biz – latınlar, meksikalılar, kolumbiyalılar, venesuelalılar, kariblilər, afrikalılar isə hər zaman filmlərin pis personajlarıyıq. Qoy onlar öz pis filmlərində yaşasınlar. Onlar həyatın pis bir Hollivud filmi olduğunu sanırlar. Rambo hər şeyi qazanır, biz isə hər zaman pis tərəfik.

Maduro ABŞ-nin artıq 14 həftədir Karib dənizində Venesuelanı təhdid etdiyini bildirərək əlavə edib:“Onların 15 gəmisi, 2 min 600 raketi, 100 təyyarəsi var. İndi isə dünyanın ən böyük aviadaşıyıcısı olan Gerald Ford gəlir. Qrinqolar nə istəyirlərsə etsinlər, biz sarsılmayacağıq".

Venesuela lideri ölkəsinin müdafiə sisteminə güvəndiyini də vurğulayıb:“Bizim özünəməxsus hərbi modelimiz və bütöv müdafiə konseptimiz var. ABŞ imperializminin bütün hücumlarına baxmayaraq, Venesuela inkişaf və tərəqqi yolunda irəliləyir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl imzaladığı sərəncamla Latın Amerikası mənşəli narkokartellərə qarşı mübarizə məqsədilə ordunun daha aktiv istifadəsini tapşırmışdı. Bunun ardınca ABŞ Venesuela sahillərinə sualtı qayıqlar və döyüş gəmilərindən ibarət dəniz qüvvələri göndərmişdi.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
1
azpolitika.info

2Mənbələr