AZ

“Mərkəz” Vəkil Bürosunda ödənişsiz hüquqi yardım aksiyası keçirilib - Fotolar » AzadMedia.az

“Mərkəz”

“Konstitusiya və Suverenlik ili”, eləcə də 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən noyabrın 7-də “Mərkəz” Vəkil Bürosunda “Açıq qapı” günü – ödənişsiz hüquqi yardım aksiyası təşkil edilib.

Saat 09:00-dan 17:00-dək davam edən aksiya çərçivəsində aztəminatlı ailələrdən, şəhid və qazi ailələrindən, eləcə də digər sosial həssas qruplardan olan vətəndaşlara müxtəlif hüquqi məsələlərlə bağlı pulsuz məsləhətlər verilib, onların müraciətləri dinlənilib və hüquqi problemlərinin həlli istiqamətində praktik dəstək göstərilib.

Tədbirin təşkilatçısı olan “Mərkəz” Vəkil Bürosunun sədri Gülşən Salmanova bildirib ki, bu cür aksiyaların əsas məqsədi cəmiyyətin bütün təbəqələrinə hüquq xidmətlərinə bərabər çıxış imkanı yaratmaqdır:

“Azərbaycan Vəkillər Kollegiyasının təşəbbüsləri çərçivəsində həyata keçirilən bu tədbirlər sosial ədalətin təmininə, hüquqi maarifləndirmənin güclənməsinə və vətəndaş məmnuniyyətinin artırılmasına xidmət edir. Biz bu ənənəni davam etdirərək, ehtiyacı olan hər bir vətəndaşa hüquqi yardım göstərməkdə maraqlıyıq.”

Gülşən Salmanova qeyd edib ki, rəhbərlik etdiyi Büro daim sosial layihələrdə fəal iştirak edir, humanizm və ictimai məsuliyyət prinsiplərini öz fəaliyyətinin əsas istiqaməti kimi qəbul edib. Onun sözlərinə görə, belə “Açıq qapı” günləri yalnız hüquqi yardım aksiyası deyil, həm də vətəndaşlarla birbaşa ünsiyyət və onların ehtiyaclarının öyrənilməsi baxımından mühüm platformadır.

Aksiya iştirakçıları da göstərilən diqqət və qayğıdan razılıq ifadə edib, belə tədbirlərin davamlı olmasını arzulayıblar.










Seçilən
21
1
azadmedia.az

2Mənbələr