AZ

“Azərsun Holdinq” media nümayəndələri arasında yarış keçirdi

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

“Azərsun Holdinq” ordumuzun Zəfər Gününü media nümayəndələri ilə birlikdə Azərbaycanın ilk inklüziv kafesi “Kashalata”da qeyd edib. İkinci Qarabağ Müharibəsində qazanılan böyük qələbənin beşinci ildönümü münasibətilə təşkil olunan görüşdə müxtəlif media qurumlarının nümayəndələri iştirak ediblər.

Axar.az xəbər verir ki, tədbirin açılışında “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rza Məmmədov çıxış edərək, bu tarixi günün hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu vurğulayıb. Şirkət rəsmisi “Azərsun Holdinq”in müharibə dövründə bütün gücü ilə səfərbər olduğunu, müharibədən sonra isə bu istiqamətdə onlarla layihə icra etdiyini bildirib. O, eyni zamanda “Kashalata” ilə əməkdaşlıq barədə də məlumat verərək, yaxın günlərdə inklüzivliyin təşviqi məqsədilə burada təcrübə keçən bir autizmli gəncin işə alınacağını qeyd edib.

İntellektual yarış formatında təşkil olunan görüşdə iştirakçılar həm bilik, həm də diqqət və məntiq bacarıqlarını sınayıblar. Nəticədə ən çox xal toplayan komanda qalib elan olunub və “Azərsun Holdinq” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
16
axar.az

10Mənbələr