AZ

Matça doğru: Hər iki komanda meydana ciddi itkilərlə çıxır

Misli Premyer Liqası XI turunda “Araz Naxçıvan” Sumqayıtda “Karvan Yevlax”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda görüşə itkilərlə çıxacaq. Naxçıvan təmsilçisində zədəli Ayyub Allaş, Rahil Məmmədov meydana çıxa bilməyəcək. Bəxtiyar Həsənalızadənin durumu isə bəlirsizdir.

“Karvan Yevlax”da isə qapıçı Pedru Mateuş, müdafiəçi Süleyman Əhmədov və hücumçu Coy Sleyd Mikels zədə səbəbindən “Araz-Naxçıvan”a qarşı oynamayacaq.

“Araz Naxçıvan” – “Karvan Yevlax” matçı saat 15:44-də start götürəcək.

Seçilən
103
1
idmanxeber.az

2Mənbələr