AZ

Səidə ərini hədələyən xalasına cavab verdi: Narahat oldunuz, amma...

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Atam dünyasını dəyişəndən sonra elə bilirdim ki, arxamda heç kim qalmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu müğənni Səidə Dadaşova Xalq artisti Brilliant Dadaşovanın fikirlərinə reaksiya verərkən deyib.

“Bu gün sosial şəbəkələrdə gördüklərim mənə bunun əksini sübut etdi. Təşəkkür edirəm, Brilliant xanım ( xalam ), mənə görə narahat oldunuz. Amma mən ailəmlə, həyat yoldaşım Maqa və övladım Rafaellə çox xoşbəxtəm. Çox sağ olun”, – deyə o bildirib.

Qeyd edək ki, Xalq artisti Brilliant Dadaşova “Çərçivədən kənar” verilişində bacısını qızının ailə üzvləri tərəfindən qəbul edilməməsi ilə bağlı dediklərini təkzib edib.

“Səidə saf, ürəyiyumşaq qızdır. Ailəyə kənardan kimsə girir və gündəm yaratmaq üçün ailəni idarə edir. Səidənin yaşadığı insan qalmaqalla qidalanan insandır. Əri iki ay bundan əvvəl Səidənin qabırğasını sındırıb. Səidə 102-yə zəng vurub, yenə onu döyüb. Səidə məcbur deyib ki, stuldan yıxılıb. Səidənin bütün səs yazıları məndədir. Əgər Səidənin başından bir tük əskik olsa, mən hökumətimizə ərizə yazacam. Qanun var, qayda var”, – o bildirib.

Xatırladaq ki, Səidə Dadaşova Xalq artisti Rafael Dadaşovun qızıdır.

Günel Cəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
globalinfo.az

1Mənbələr