AZ

Hikmət Hacıyev hərbi paradla bağlı paylaşım edib - VİDEO

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradla bağlı paylaşım edib.

 

Pravda.az xəbər verir ki, paylaşımda deyilir:

 

“Marş səsləri altında – 8 Noyabr Qələbə paradı!

 

Qürurlu Azərbaycan Silahlı Qüvvələrinin sıraları qardaş Türkiyə və Pakistan Silahlı Qüvvələri ilə birlikdə addımlayır”.

Tarix: 8 Noyabr 2025, 12:59   
Seçilən
18
6
pravda.az

7Mənbələr