BAKI, 8 noyabr. TELEQRAF
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün Bakıda Zəfər Günü ilə əlaqədar keçiriləcək hərbi paradla bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
Hikmət Hacıyev paylaşımında bildirib:
“Marş səsləri altında – 8 Noyabr Qələbə paradı!
Qürurlu Azərbaycan Silahlı Qüvvələrinin sıraları qardaş Türkiyə və Pakistan Silahlı Qüvvələri ilə birlikdə addımlayır”.