AZ

Erməni politoloqdan iyrənc paylaşım: “Erməni əsgəri…”

İrəvan dövlət universitetinin dosenti, politoloq Vladimir Martirosyan Azərbaycanın Zəfərini qeyd etdiyi bir gündə erməni xislətli münasibətini ortaya qoyub.

NOCOMMET.az xəbər verir ki, erməni politoloq sosial şəbəkədə Zəfər günümüzə münasibət bildirib.

O, 2021-ci il 27 sentyabrda Bakıda Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq keçirilən Anım yürüşündən olan fotonu paylaşaraq yazıb:

“Bu gün buna baxın. Bu da paraddır və Bakıda olub. Bu, erməni döyüşçünün 44 gün öz torpağını müdafiə edərək verdiyi döyüşün nəticəsidir. Erməni əsgəri döyüşdü, amma əslində hərbi geri çəkilmə deyil, dərin siyasi geri çəkilmə əmri aldı. Bu da onların “qoy döyüşsünlər, niyə döyüşməyiblər” cavabıdır. Bu günə baxın, onların “bayramlanmış qələbəsi”nə yox”.

Martirosyan həyasızca fikirlərinə davam edərək bildirir ki, erməni əsgəri məğlub olmadı: “Yalnız ordumuzu siyasi səhvlərinin qurbanına çevirən hakimiyyət məğlub oldu”.

Əntiqə Rəşid

Seçilən
47
nocomment.az

1Mənbələr