AZ

Vətən müharibəsi veteranı: "Bu gün Zəfərimizin ən möhtəşəm təntənəsidir"


“Bu gün bütün xalqımız bayram edir. Xalqımızın bu cür coşğu ilə paradı izləməyə gəlməsi çox qürurvericidir! Yaşasın Azərbaycan Ordusu, yaşasın millətimiz!”

Bu sözləri Musavat.com-a açıqlamasında Vətən müharibəsi veteranı Elnur Həbibov deyib.

Elnur Həbibov bildirib ki, o, Füzuli, Cəbrayıl, Xocəvənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Bu gün Zəfər paradını izləyərkən qələbə sevinci ilə yanaşı, şəhid döyüş yoldaşlarını da böyük hörmət və ehtiramla xatırladığını vurğulayıb:

“Bu gün qürur və qələbə günümüzdür, amma bu sevincin içində bir yanımız da hər zaman şəhidlərimizə həsrətdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbir versin. Mən bütün şəhidlərimizin, qazilərimizin qarşısında baş əyirəm".

Xalidə Gəray
Video müəllifindir
Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr