AZ

ASAN könüllüləri Zəfər Gününü qeyd ediblər - FOTOLAR

8 Noyabr – Zəfər Günü münasibətilə ASAN könüllüləri tərəfindən bir sıra tədbirlər təşkil olunub. SİA xəbər verir ki. bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçirilib, onların qəhrəmanlıq yoluna və fədakarlığına dərin hörmət ifadə olunub.

Həmçinin bu çərçivədə vətənpərvərlik ruhunu gücləndirmək məqsədilə intellektual yarış və konsert proqramı təşkil edilib.

Əsas məqsəd gənclər arasında milli həmrəyliyi, Vətən sevgisini və Zəfər Gününün tarixi əhəmiyyətini təbliğ etmək olub.

Seçilən
12
9
sia.az

10Mənbələr