AZ

Millinin futbolçusunun evi qarət olundu

“İnter”in müdafiəçisi Alessandro Bastoninin evini klubun Çempionlar Liqasında “Kayrat”ı 2:1 hesabı ilə məğlub etdiyi oyun gedən zaman dörd kişi qarət edib.

Msport.az xəbər verir ki, italyan futbolçu oyunu ehtiyat oyunçular skamyasında keçirib.

Futbolçunun evinə girdikdən sonra oğrular dərhal qarderoba gediblər və oradan dizayner çantalarını və bir cüt “Rolex” saatını oğurlayıblar. Oğrular bir neçə dəqiqə sonra evdən çıxıblar. Siqnalizasiya işə düşsə də, mühafizəçilər və yerli polis hadisə yerinə gələrək oğruları tuta bilməyiblər.

Vurğulanır ki, soyğun zamanı Bastoninin evində heç kim olmayıb.

Seçilən
60
msport.az

1Mənbələr