Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradla bağlı paylaşım edib.
APA xəbər verir ki, paylaşımda deyilir:
"Vətən müharibəsində qalib gələn xalq! Qalib Azərbaycan Silahlı Qüvvələri bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin qarantıdır. Müharibədə qalib gələn Azərbaycan indi sülhdə də qalib gəlir".