Türkiyəli siyasətçi Sinan Oğan da xalqımızı təbrik edib.
"Cebheinfo.az" xəbər verir ki, o, "X" hesabında Zəfər Günü ilə bağlı Azərbaycana təbrik ünvanlayıb.
Sinan Oğan ölkəmizi bu sözlərlə təbrik edib:
"8 Noyabr Azərbaycan xalqının qəhrəmanlığı ilə yazdığı bir dastandır. Qarabağ Zəfəri Türk dünyasının birlik və qardaşlıq simvoludur. Bu qürurlu gündə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm".