AZ

Azərbaycan gəncləri vətənləri ilə qürur duyurlar – Şotlandiyalı turist

Bakı.Trend:

Bu gün Azərbaycanın qələbəsinin və xalqının birliyininrəmzidir.

Bunu 8 Noyabr – Zəfər Günü münasibətilə Trend-ə açıqlamasındaşotlandiyalı turist Stiv deyib.

“Biz bu gün burada Azərbaycan vətəndaşlarının 8 Noyabr – ZəfərGününü qeyd etmələrinə dəstək olmaq üçün gəlmişik. Bu, Azərbaycanxalqı və şəhid ailələri üçün çox önəmli gündür”, – deyə ovurğulayıb.

Stiv Azərbaycanın xarici siyasətinin və ordusunun beynəlxalqmüstəvidə yüksək qiymətləndirildiyini vurğulayıb:

“Azərbaycanın çox güclü ordusu var. Gənclər vətənpərvərdir,ölkələri üçün döyüşməyə hazırdırlar. Bu da artıq sübut olunub.Burada çoxlu bayraqlar, vətəninə qürurla yanaşan gənclər görürəm.Onlar Azərbaycanlı olduqları üçün fəxr edirlər".

Şotlandiyalı qonaq sonda əlavə edib ki, Zəfər Günü həmAzərbaycan xalqı, həm də dost ölkələr üçün qürur və birliyinsimvoluna çevrilib.

Seçilən
17
az.trend.az

1Mənbələr