AZ

Arutyunyan yenidən axtarışa verildi

Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan yenidən axtarışa verilib.

Aktual.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin rəis müavini Kamo Saakyan bildirib.

İttihama görə, Arutyunyan nazir vəzifəsində olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Ermənistan Respublikası Baş Qərargah rəisinin keçmiş müavini Enriko Apriamov da iş üzrə təqsirləndirilən şəxsdir.

Qeyd edək ki, Mikael Arutyunyan 2007-2008-ci ildə Ermənistanın müdafiə naziri olub.

Seçilən
17
7
ulusum.az

10Mənbələr