Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə vəzifəsindən azad olunub.
Elçin Qasımov uzunmüddətli xidmət fəaliyyətinə görə təqaüdə göndərilib.
Qeyd edək ki, E. Qasımov 2018-ci ildən Tərtər Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışırdı. O, bu təyinatadək Ağdam Rayon Polis Şöbəsinin rəisi olub.
Ajans.az