AZ

Ərdoğan hərbi paradda Məmməd Arazın şeirini səsləndirib

AzVision.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.

O, Azərbaycanın Xalq şairi Məmməd Arazın şeirini səsləndirərək deyib: “Məmməd Araz Azərbaycan türkünün Vətən eşqini belə söyləyirdi:

Bu gün gərək

Hər anımız Vətən! - desin.

Qılıncımız, qalxanımız

Vətən! – desin.

Ölənlərin əvəzinə

Qalanımız - Vətən! - desin.

Vətən, - desin!

Qəlbimizin hər duyğusu, hər vurğusu

Vətən! - desin.

Fərqi yoxdur, harada olaq

Zamanımız, məkanımız

Vətən! - desin!

Qəlbləri hər səfərində Vətən deyə döyünən qəhrəman qazilərimizə minnət duyğularımı ifadə edir, Uca Allah onlardan razı olsun deyirəm”.

AzVision.az
Seçilən
13
22
azvision.az

10Mənbələr