AZ

Payızda necə qidalanmaq lazımdır? - MÜTƏXƏSSİS AÇIQLADI

Payız fəsli daxil olandan havanın tempraturu yavaş-yavaş azalır. Təbii ki, yayda olduğu kimi payızda da qidalanmağımıza xüsusi diqqət yetirməliyik.

Mövzu ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib ki, payız mövsümü yaxınlaşdıqca temperaturun dəyişməsi immuniteti aşağı olan insanlar üçün mövsümi xəstəliklərə yoluxma riskini daha da artırır:

“Bu da xüsusilə məktəblilər, gənclər, xroniki xəstələr arasında özünü daha çox göstərir. Harada hazırlandığı, mənşəyi bəlli olmayan, paketləşdirilmiş qidalardan, qazlı rəngli içkilərdən mütəmadi istifadə orqanizmdə mineral çatışmazlığına, qəbul olunan kimyəvi maddələrin çoxluğu isə qaraciyər və böyrək çatışmazlığına səbəb olur. Vitaminləri təmin etmək üçün mövsümi meyvələrlə yanaşı, çərəzlərdən və quru meyvələrdən istifadə etmək olar. Həmçinin, orqanizmin gündəlik maye balansını təmin etmək üçün suyun qəbulu vacibdir.

Çünki temperatur aşağı düşdükcə insanlar su içmək vərdişini azaldır, bu da orqanizmdə toksinlərin yığılmasına, xəstəliklərin yaranmasına, bağırsaq mikroflorasının pozulmasına səbəb olur. Buna görə də yaxşı olardı ki, hər insan öz bədən çəkisinə uyğun olaraq su qəbul etsin”.

Müəllif: Arzu Qurbanlı
Seçilən
30
1
sia.az

2Mənbələr