AZ

Qarabağ Çempionlar Liqasını qazanmış komandaya məğlub olmadı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə milli komandasının və "Beştiktaş"ın sabiq hücumçusu Nihat Kahveci Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Çelsi" (2:2) qarşılaşması barədə fikirlərini bildirib.Demokrat.az xəbər verir ki, televiziyada canlı yayımda oyunları dəyərləndirərkən mütəxəssis Ağdam klubunun çıxışına diqqət çəkib:"Möhtəşəm tarix yazırlar. "Çelsi" klubuna 1:0 hesabı ilə geri düşdükdən sonra geridönüş edib 2:1 üstünlük qazandılar. Nəticədə oyun bərabərliklə yekunlaşdı. Məncə, pis nəticə deyil. Rəqibi məğlub edə bilmirsənsə, məğlub da olma. Çempionlar Liqasını qazanmış bir komandaya qarşı oyunda məğlub olmamaq böyük uğurdur"."Qurban Qurbanova da halal olsun. Oyundan sonra mətbuat konfransında da gördük ki, "Qalatasaray"ı da dəstəkləyir. Məncə, Çempionlar Liqasının əsas mərhələsində növbəti mərhələyə yüksələcək olan ilk 24 komandadan biri "Qarabağ" olmalıdır", - deyə Kahveci qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
demokrat.az

1Mənbələr