AZ

ABŞ Rusiyanın pulunun Ukrayna üçün xərclənməsinə “xeyir-dua” verdi

ABŞ dondurulmuş Rusiya aktivlərindən Ukraynanı dəstəkləmək və Moskvaya təzyiqi artırmaq üçün istifadə etmək üçün Avropa Birliyinin təşəbbüsünü dəstəkləyib.

Musavat.com xəbər verir ki, “Röyters” agentliyinin mənbəsinin məlumatına görə, ABŞ administrasiyası Brüsselin sanksiyaları ilə dondurulmuş vəsaitlərdən Kiyevin xeyrinə istifadə etmək planlarını tam dəstəklədiyini bildirib. Bu addım Rusiya iqtisadiyyatına təzyiq göstərmək üçün daha geniş strategiyanın bir hissəsi kimi qəbul edilir.

Bundan əlavə, Vaşinqton ABŞ prezidenti Donald Trampın “Rosneft” və “Lukoil” də daxil olmaqla, Rusiyanın əsas enerji şirkətlərinə qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirləri təhlil etməyə davam edir.

Administrasiya rəsmisi qeyd edib ki, ABŞ Moskva üzərində təsirini artıra biləcək əlavə addımları nəzərdən keçirir.

Musavat.com

 

Seçilən
17
musavat.com

1Mənbələr