AZ

“Liqalar arasında uçurum yaranacağını düşünmürəm" - UEFA-nın prezidenti

UEFA-nın prezidenti Aleksander Çeferin Çempionlar Liqasının yenilənmiş formatını uğurlu adlandırıb.

Yeni sistemə əsasən, turnirin əsas mərhələsində artıq 36 komanda vahid cədvəldə mübarizə aparır və hər biri 8 oyun keçirir.

Ызщкештащ.az xarici KİV-ə istinadən xəbər verir ki, Çeferin bu formatın müəllifi, UEFA-nın baş katibinin müavini Corco Markettiyə təşəkkür edib:

“Çempionlar Liqasının yeni formatı həqiqətən uğurlu oldu və bunun üçün Corco Markettiyə minnətdar olmalıyıq. Media ekosistemi dəyişir, artıq çoxsaylı striminq platformaları fəaliyyət göstərir.

Gələcəkdə bu sistemin necə inkişaf edəcəyini dəqiq bilmirik, amma idmanın gözəlliyi də elə bundadır”.

UEFA prezidenti eyni zamanda, liqalar arasındakı fərqlər barədə danışıb:

“Liqalar arasında uçurum yaranacağını düşünmürəm, əksinə, bu, daha balanslı sistem yaradacaq.

Əlbəttə, A Seriyası Sloveniya liqasından böyükdür, Premyer Liqa isə daha da böyükdür. Amma biz məhz bu düşüncə modeli ilə işləyirik”.

Çeferinin sözlərinə görə, UEFA-nın məqsədi həm böyük, həm də kiçik liqaların inkişafını təmin edən sabit və ədalətli futbol ekosistemi yaratmaqdır.

Seçilən
27
sportinfo.az

1Mənbələr