AZ

"Fernandeş rotasiyaya hazır olmalıdır"

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komanda heyətinin rotasiyası ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis kapitan Bruno Fernandeşin hazırda demək olar ki, hər oyunu 90 dəqiqə oynayır, lakin gələcəkdə bu vəziyyət dəyişə biləcəyini bildirib:

“Hazırda həftədə yalnız bir oyun keçiririk, buna görə rotasiya barədə düşünmürəm. Gələcəkdə isə bu mümkündür və Brunu bunu anlamalıdır. Əgər komandamız Avrokuboklarda uğur qazanmaq istəyirsə, heyəti dəyişmək vacibdir. Fernandeş növbəti mövsümdə rotasiyaya hazır olmalıdır və özü də bunun bir hissəsi ola bilər.”

Qeyd edək ki, Premyer Liqanın 10 turundan sonra “Mançester Yunayted” 8-ci yerdə qərarlaşıb. Bu gün komanda səfərdə “Tottenhem”lə qarşılaşacaq.

Seçilən
26
90deqiqe.az

1Mənbələr