AZ

Hər şey hazırdır: Bəs Bakı və İrəvan niyə sülh imzalamır? – ŞOK SƏBƏB

Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar davam etsə də, prosesin yekun nəticə verməməsi müəyyən suallar doğurur.

Bəs, hazırkı mərhələdə Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasının qarşısını alan əsas amillər hansılardır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, əsas maneələrdən biri Rusiya amilidir:

Əziz Əlibəyli

“Hazırkı mərhələdə Azərbaycan və Ermənistan arasında sülhün tam bərqərar olması üçün hələ bir sıra məsələlərin həlli vacibdir. Burada başlıca faktor Rusiya amilidir. Bundan əlavə, Ermənistan daxilində konstitusion dəyişikliklərin həyata keçirilməsi, eləcə də regionda kommunikasiyaların açılması məsələsi gündəmdə qalır”.

Politoloq qeyd edib ki, beynəlxalq müstəvidə də prosesə təsir edən maneələr var:

“Bəzi beynəlxalq məhkəmə işləri, eləcə də erməni lobbisinin Azərbaycana qarşı apardığı fəaliyyətlər bu prosesə ciddi şəkildə təsir göstərir. Erməni lobbilərinin dəstəklədiyi bəzi ölkələr və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən qruplar Azərbaycan əleyhinə qətnamələr hazırlayır”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
17
1
konkret.az

2Mənbələr