AZ

Ərdoğan Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü ilə bağlı təbrik edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə lideri sosial şəbəkə hesabında paylaşım edib.

"Qarabağın 30 illik işğalına son qoyan möhtəşəm və misilsiz bir qələbənin 5-ci ildönümündə, Vətən müharibəsində şəhid olan bütün qəhrəmanlarımızı - Azərbaycanın igid övladlarını rəhmətlə yad edirəm. Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm", - Türkiyənin dövlət başçının paylaşımında bildirilir.


Telegram kanalımız
Seçilən
8
27
yenisabah.az

10Mənbələr