AZ

Ordumuzun yeni silah və texnikası I SİYAHI

AzVision.az xəbər verir ki, bu gün Bakıda keçirilən hərbi paradda İL-76 hərbi nəqliyyat və silahlanmaya yeni qəbul edilmiş C-27J hərbi yük təyyarələri nümayiş olunub.

Üçlü uçuşu polkovnik leytenant Zəfər Fərhadov, "Rəşadət" ordenli polkovnik Ruslan Ələkbərov və "Qarabağ" ordenli polkovnik Vüqar Salahov idarə edib.

Bundan başqa Azərbaycan Ordusunun arsenalına yeni beşinci nəsil "IceBreaker" qanadlı raket kompleksi, uzaq məsafəli hədəfləri yüksək dəqiqliklə məhv edən, 370 mm çaplı və 200 kiloqramlıq qəlpəli-fuqas döyüş başlığına malik "Predator Hawk" silahı, "SkyStriker Block 4" sərbəst uçan döyüş sursatları sistemi, "Hero-120" sərbəst uçan döyüş sursatları, "Kayra" kamikadze tipli suüstu dəniz vasitəsi, yerli milli müdafiə sənayesinin "Vikinq" hava hədəflərinə qarşı mobil döyüş kompleksi, "Vaşaq" xüsusi əməliyyat vasitələri və "Kobra-2" zirehli tibbi təxliyyə texnikası verilib.

AzVision.az
Seçilən
55
azvision.az

1Mənbələr