AZ

Trampdan Pelosi ilə bağlı gülməli açıqlama: “İylənmiş…”

2022 -ci ildə Ermənistanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının sabiq sədri Nensi Pelosi Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdə Türkiyəni ermənilərin gözündən salacaq cümlələr işlətmişdi: “Ermənistanda demokratiyanın dəstəklənməsi, “erməni soyqırımı” haqqında qətnamənin qəbulu, Türkiyənin Qarabağ məsələsində fəaliyyətinə qarşı və bütün digər məsələlərdə biz Ermənistanın dostuyuq. Biz sizin hakimiyyətə hörmət əlaməti olaraq burdayıq” demişdi.

NOCOMMET.az xəbər verir ki, hazırda Pelosi ABŞ prezidenti Donald Trampın hədəfinə düşüb. Beləki, böyük siyasətdən istefa verən xanım Nensini “siyasi fırıldaqçı” adlandıran Tramp onu fond bazarında qanunsuz olaraq sərvət toplamaqda ittiham edib.

Məlumatı öz medialarında kədərlə yayan ermənilər, təbii ki, onları ən yüksək beynəlxalq tribunalardan qızğınlıqla müdafiə etmiş bir siyasinin bu durumda olmasını istəməzlər. Nə də olmasa, erməni lobbisi uzun illər xanım Pelosini “yemləyib”.

“Truth Social”da Tramp sabiq spiker haqqında dediklərini belə ifadə edir:

“Məni iki dəfə impiçment etməyə çalışan və uğursuz olan köhnə, sınmış siyasi haker Nensi Pelosi nəhayət istefa verdiyini açıqladı. O, fond bazarında qanunsuz olaraq sərvət topladı, ABŞ ictimaiyyətini soydu və fəlakətə çevrildi. Nensi Pelosinin qoxusunun yox olmasına şadam”.

Qeyd edək ki, biz Azərbaycan xalqı olaraq, Trampdan daha əvvəl Pelosinin “iylənmiş” olduğunu bilirdik. Amma onun Ermənistanda səfərdə olarkən qondarma “erməni soyqırım” abidəsində saxta “acı göz yaşları” tökməsini görəndə isə buna şahid olduq. Həmin gün o Ermənistanı öz iyrənc “qoxu”su ilə doldurdu.

Əntiqə Rəşid

Seçilən
69
nocomment.az

1Mənbələr