AZ

Türkiyədə qəza: 19 nəfər yaralanıb, 13-ü uşaqdır - FOTO

Türkiyənin Şırnak vilayətində xüsusi təhsil və reabilitasiya mərkəzinə məxsus servis mikroavtobusu ilə yüngül kommersiya nəqliyyat vasitəsi toqquşub.

Bu barədə Avtosfer.az DHA-ya istinadən xəbər verir.

Məlumata görə, qəza nəticəsində 19 nəfər yaralanıb. Yaralılardan 13-ü 3-14 yaşlarında uşaqlardır.

Yaralılar ilk tibbi yardım göstərildikdən sonra Şırnak Dövlət Xəstəxanasına aparılıblar. Xəstəxana rəsmiləri yaralıların vəziyyətinin yaxşı olduğu bildiriblər.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

 

Türkiyədə

Türkiyədə

Türkiyədə

 

Seçilən
25
avtosfer.az

1Mənbələr