İtaliyalı futbol mütəxəssisi Paolo Vanoli A Seriyasında mübarizə aparan “Fiorentina” komandasının baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
53 yaşlı mütəxəssislə 2025/2026-cı illər mövsümünün sonuna kimi müqavilə imzalanıb. O, bu vəzifədə Stefano Piolini əvəzləyib.
Qeyd edək ki, Paolo Vanolinin sonuncu iş yeri “Torino” olub. O, 2024-cü ilin yayından rəhbərlik etdiyi Turin təmsilçisindən bu ilin mayında ayrılandan bəri işsiz idi.
Vanoli daha öncə “Venesiya”, “Spartak” (Mosvka) komandalarına, həmçinin İtaliyanın U-16, U-18 və U-19 yığmalarına da rəhbərlik edib.
Qeyd edək ki, Florensiya təmsilçisi A Seriyasının cari mövsümündə keçirdiyi 10 matçda qələbə qazana bilməyib və hazırda turnir cədvəlində 4 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.



