AZ

KİV: Fransızların əksəriyyəti Makronun siyasətini bəyənmir

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransalıların böyük əksəriyyəti Emmanuel Makronun iki prezidentlik müddətində apardığı siyasəti bəyənmirlər.

Oxu.Az "Le Figaro" nəşrinə istinadən xəbər verir ki, "Odoxa" sorğu mərkəzinin hesabatından sonra belə qənaətə gəlinib.

Respondentlərin əksəriyyəti prezidentlik səlahiyyəti 2027-ci ildə başa çatacaq Makronun siyasi fəaliyyətini davam etdirməsini istəmirlər.

Sorğu təxminən 1000 fransız arasında keçirilib.

Konkret olaraq, respondentlərin 89 faizi ölkə liderinin siyasətini "uğursuzluq" adlandırıb. Sorğuya qatılanların 77 faizinin 2017-ci və ya 2022-ci il seçkilərində Makrona səs verdikləri də bəlli olub.

Respondentlərin qənaətinə görə, dövlət başçısı mühüm siyasi irs qoymayaraq, siyasi səhnədən uzaqlaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
sherg.az

2Mənbələr