AZ

İnsan Haqları Təşkilatı: İran keçən ay hər üç saatda bir nəfəri edam edib

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Keçən ay İranda azı 217 nəfər edam edilib və bu göstərici son 25 ilin aylıq rekord edam sayıdır.

Teleqraf xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Təşkilat bildirib ki, oktyabr ayında İran hər üç saatda bir nəfəri edam edib. 217 edamın yalnız 24-ü (11 faiz) rəsmi mediada açıqlanıb.

Keçən ay 6 qadın məhbus edam olunub və 8 bəluc, 8 kürd və 11 ərəbəsilli vətəndaş edam olunanlar arasında olub. Həmçinin, 11 Əfqanıstan vətəndaşı də edam cəzasına məruz qalıb.

İlin ötən 10 ayında İranda azı 1 271 nəfər edam edilib, bu isə ötən ilin eyni dövründəki 685 edamla müqayisədə təxminən iki dəfə çoxdur.

Hesabatda dünya ictimaiyyətinə çağırış edilib ki, İranda edam maşınının dayandırılması üçün diplomatik imkanlarından istifadə etsinlər. İran hakimiyyətinə xəbərdarlıq olunsun ki, insanlığa qarşı cinayətləri ciddi şəkildə araşdırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
2
sherg.az

3Mənbələr