AZ

Zəfər Günü münasibətilə Göyçayda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir (FOTO)

Bakı. Trend:

Göyçay şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin(KOBİA) təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş“KOB FEST” sərgi-satış yarmarkası keçirilir.

Bu barədə Trend-ə KOBİA-dan məlumat verilib.

Bildirilib ki, Göyçay şəhər Stadionunda keçirilən yarmarkadaGöyçay və ətraf bölgələrdən olan 100-ə yaxın sahibkarın qida vəqeyri-qida məhsulları nümayiş olunur. Yarmarkada ziyarətçilərətəbii daşlardan hazırlanmış aksesuarlar, taxtadan və dəridən əlişləri, oyma və toxuma sənəti nümunələri, keramik suvenirlər,orqanik şam və sabunlar, şirniyyat məhsulları, meyvə şirələri,ədviyyatlar, kitablar və s. məhsullar təqdim olunur və satışıhəyata keçirilir.

“KOB FEST”in məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsulvə xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması, satışimkanlarının artırılması, eləcə də bölgə sahibkarları arasındaəməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.

Yarmarka çərçivəsində həmçinin mədəni-əyləncəli proqram vəmaster-klaslar da təşkil olunub.

“KOB FEST” sərgi-satış yarmarkası noyabrın 9-da da davamedəcəkdir.

Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Seçilən
62
7
az.trend.az

8Mənbələr