AZ

Lənkəranda Zəfər Günü təntənəli şəkildə qeyd olunub

8 Noyabr - Zəfər Günü bütün ölkə ərazisində olduğu kimi, Lənkəranda da təntənə ilə qeyd edilib.

XQ xəbər verir ki, Zəfər Gününə həsr olunmuş tədbirlər çərçivəsində Lənkəran şəhərində anım və bayram mərasimləri keçirilib. İlk olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və Vətən müharibəsi iştirakçıları şəhərdən olan Milli qəhrəmanların abidələrini, eləcə də Şəhidlər Xatirə Abidə-Kompleksini ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin ruhuna ehtiram əlaməti olaraq gül dəstələri düzülüb, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla anaraq, onların göstərdiyi qəhrəmanlığın xalqımızın yaddaşında daim yaşayacağını bildiriblər.

Sonra “Yaşa Vətən, çox yaşa, yaraşır Zəfər sənə” adlı konsert proqramı təqdim edilib.

Şəhid ailələri və Vətən müharibəsi əlilləri üçün bayram süfrəsi təşkil olunub.

Qeyd edək ki, Zəfər Günü münasibətilə Lənkəranda silsilə tədbirlər, o cümlədən viktorinalar, bilik yarışları, rəsm sərgiləri, idman turnirləri, elmi konfranslar keçirilib və tamaşalar nümayiş etdirilib.

Seçilən
15
2
xalqqazeti.az

3Mənbələr