AZ

Baxşıyevdən qələbə şərhi

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Premyer Liqasının XI turunun “Araz-Naxçıvan” – “Karvan-Yevlax” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Oyun haqda çox danışmaq istəmirəm. Ölkə olaraq qələbə qazanmışıq, onun qabağında bugünkü qələbə önəmli deyil. Ağır oyun alındı. Komanda olaraq oyuna yaxşı qoşula bilmədik, çoxlu top itkilərimiz oldu. Yenə də şükürlər olsun, qələbə qazandıq.

– Əsas heyətin bəzi oyunçularına şans verməmişdiz. Bu, nə ilə bağlı idi?

– Builki heyətimiz genişdir. Bütün oyunçulardan istifadə etmək fikrindəyik.

– “Karvan-Yevlax”ı zəif gördünüz?

– Xeyr. Tərlan Quliyev bir neçə tur öncə də oynamışdı. Avram isə son dönəmlərdə çox qol buraxdığı üçün özünəinam azalmışdı. Tərlan bəyəndiyim qapıçıdır. Bizdə əsas heyət anlayışı yoxdur. Oyuna bir heyətlə başlasaq da, gedişatda əvəzetmələr olur. Oyunçular bilir ki, kiminsə əsas heyətdə yeri həmişəlik deyil.

– Rəqibin vaxt aparması sizi əsəbiləşdirmişdi… 

– Normal haldır. İstəyirik ki, oyunun ritmi düşməsin. Futbolçular 2-3 dəqiqə temp yaradır, sonra oyun düşür. Buna görə narazılığım var idi. Düşünürəm ki, komanda şəklində daha da artırmalıyıq.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
futbolpress.az

1Mənbələr