AZ

Şirvanda sərgi açılıb, fləşmob keçirilib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şirvan, 8 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Noyabrın 8-də Şirvan şəhər M.Füzuli adına Mədəniyyət və İstirahət Parkındakı “Qarabağ” xiyabanında məktəblilərin rəsm və əl işlərindən ibarət sərgi açılıb, idmançıların nümunəvi çıxışları nümayiş olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayiş olunan əl işləri, xüsusən də Zəfərin simvolu olan "Xarıbülbül" rəsminin müxtəlif formalarda təsvirləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Həmçinin Zəfər Günü ilə əlaqədar fləşmob təşkil keçirilib. Əvvəlcə M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında "Zəfər” abidəsi ziyarət olunub. Sonra "Zəfər” abidəsinin önündə təşkil olunan fləşmobda şəhər S.Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdləri “Qarabağ sən dirçəlirsən!” yazısını təsvir ediblər. Fləşmobda “Qarabağ Azərbaycandır!”, “Qarabağ sən dirçəlirsən!” şüarları səsləndirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
1
azertag.az

2Mənbələr