AZ

Norveç Ukraynaya suveren fondundan 100 milyard avro kredit verə bilər

BAKI, 8 noyabr. TELEQRAF

Norveç hökuməti 1,8 trilyon dollarlıq qlobal sərmayələri ilə dünyanın ən böyük suveren sərvət fondunun bir hissəsini girov kimi istifadə etməklə Ukraynaya 100 milyard avroluq kreditin təmin edilməsi imkanını müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Bildirilib ki, Norveç parlamentində təmsil olunan 9 partiyadan dördü bu təşəbbüsü dəstəkləyib.

Norveçin baş naziri bu məsələ ilə bağlı təkliflərə açıq olduğunu bildirib, lakin müzakirəyə keçməzdən əvvəl Avropa Birliyinin Belçikada keçirilən dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı danışıqlarının nəticələrini gözləməyi təklif edib.

Seçilən
27
teleqraf.com

1Mənbələr