AZ

İslam Oyunları: Səidcəmşid Cəfəov yarımfinalda

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov (80 kiloqram) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

İdman.Biz xəbər verir ki, idmançımız 1/4 finalda əlcəzairli Mustafa Abduya qalib gəlib.

S.Cəfərov yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, bu gün, həmçinin Məhəmmədəli Qasımzadə (60 kiloqram) və Sərxan Əliyev (70 kiloqram) də rinqə çıxacaqlar.

İdman.Biz

Seçilən
49
idman.biz

1Mənbələr