AZ

Hər 10 ölümdən birinin səbəbi: Xroniki böyrək çatışmazlığı

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

Yeni qlobal araşdırma narahatedici bir tendensiyanı üzə çıxarıb: xroniki böyrək çatışmazlığı getdikcə daha çox yayılır və artıq bütün dünyada təxminən bir milyard insana təsir edib.

Yeniavaz.com xəbər verir ki, araşdırmanın nəticələri “The Lancet” jurnalında dərc olunub.

“1990-cı ildə bu xəstəlikdən təxminən 378 milyon insan əziyyət çəkirdisə, 2023-cü ilə qədər xəstələrin sayı demək olar ki, ikiqat artaraq 788 milyona çatıb. Bu gün böyrək xəstəliyi dünyada ölümün doqquzuncu aparıcı səbəbi sayılır — təkcə ötən il bu xəstəlik təxminən 1,5 milyon insanın həyatına son qoyub.

Xəstəliyin əsas təhlükəsi ondadır ki, o, çox vaxt demək olar ki, simptom vermədən inkişaf edir. Əlamətlər yalnız ciddi zədələnmə mərhələsində özünü göstərir, nəticədə milyonlarla insan problemin mövcudluğundan xəbərsiz qalır və çox gec olur”, - məqalədə qeyd olunur.

Araşdırma Nyu-York Universiteti (NYU Langone Health), Qlazqo Universiteti və Sağlamlıq Göstəriciləri və Qiymətləndirmə İnstitutu (IHME) alimləri tərəfindən aparılıb. Tədqiqat 133 ölkədən və 2200-dən çox elmi nəşrdən əldə edilən məlumatları əhatə edib. Alimlər əsas risk faktorlarını müəyyənləşdiriblər: qan şəkərinin yüksək səviyyəsi, hipertoniyadan (yüksək təzyiqdən) əziyyət çəkmək və artıq çəki.

Bundan əlavə, məlum olub ki, xroniki böyrək çatışmazlığı ürək-damar problemləri ilə sıx əlaqəlidir. Ürək və damar xəstəliklərindən ölənlərin təxminən 12%-i birbaşa və ya dolayı yolla böyrək funksiyasının pozulması ilə əlaqədardır.

Tədqiqatçılara görə, xroniki böyrək çatışmazlığı təkcə tibbi deyil, həm də sosial və iqtisadi problemdir. Onun müalicəsi böyük resurslar tələb edir — dializ, transplantasiya və daimi nəzarət. Lakin erkən aşkarlanma halında xəstəliyin inkişafını yavaşlatmaq və ən ağır nəticələrdən qaçmaq mümkündür.

Alimlər vurğulayırlar ki, qanın və sidiyin sadə analizləri, eləcə də təzyiqin və şəkərin müntəzəm yoxlanması milyonlarla insanın sağlamlığını qoruya bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
yeniavaz.com

2Mənbələr