AZ

Qəhrəman kimi başlayıb, anti qəhrəman kimi davam edən "Qarabağ"lı...

"Qarabağ"ın Çempionlar Liqasına uğurlu start verməsində Aleksey Kaşukun payı az deyil.

Məhz ukraynalı legioner "Benfika" səfərində əvəzetmədən oyuna daxil olaraq qələbə qolunu vurmuşdu.

Amma 25 yaşlı yarımmüdafiəçi sonrakı oyunlarda bu qəhrəmanlığının davamını gətirə bilmədi.

Öncə "Atletik"lə səfər matçında təkbətək fürsəti qaçıraraq bəlkə də Bilbaoda 1 xalla ayrılmağımızın önünə keçmiş oldu. Çünki həmin vaxt hesab 1:2 idi.

Kaşukun uğursuzluğu Bakıda da davam etdi. Bu dəfə "Çelsi" ilə qarşılaşmanın son saniyələrində əla vəziyyətdə topu qapıçının üzərinə vurdu. Halbuki azacıq dəqiq olsa, ikinci 3:2 hesablı qələbəmizi təmin etmiş olardı.

Düzdü, Kaşukun haqqında bəhs etdiyimiz epizodlarda fərqlənə bilməməsində bəxstizlik kimi, topu boş qapıdan çıxaran "Atletik"li müdafiəçinin də rolu az olmadı.

Amma istənilən halda, hamının hafizəsinin bir küncündə "Kaşuk o imkanları vura bilsəydi..." fikri hakim kəsildi.

Bəli, futbol maraqlı olduğu qədər, həm də "Da Luz"da qəhrəman olan birini qısa müddətdə ani qəhramana çevirəcək qədər qəddar oyundur.

Ümid edək ki, neqativ tendensiya elə Napolidə sonlandırılacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
35
sportinfo.az

1Mənbələr