AZ

İranla bağlı dəhşətli xəbər verildi: Tehran sakinləri çətin vəziyyətdədir

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İran hakimiyyəti şiddətli quraqlıq səbəbindən Tehranda su təchizatını məhdudlaşdırmağa başlayıb.

Globalinfo.az bildirir ki, bu barədə İran mediası məlumat yayıb.

Energetika naziri Abbas Əliabadinin sözlərinə görə, bu, həddindən artıq su istehlakının qarşısını almaq məqsədi daşıyır.

Ancaq dövlətin bu addımı sakinlər üçün potensial narahatlıq yaradıb və narazılığa səbəb olub.

Paytaxtın bəzi ərazilərində gecə su kəsintiləri başlayıb. “Haft-e Sobh” qəzeti yazır ki, yerüstü və yeraltı su ehtiyatlarının azalması səbəbindən şəhərin su təchizatı sistemində ciddi qeyri-sabitlik yaşanır.

Meteoroloqların məlumatına görə, paytaxta bu il normadan 40 faiz az yağış düşüb və bu səbəbdən su anbarları tükənmək üzrədir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
globalinfo.az

1Mənbələr