AZ

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı. Trend:

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart TokayevPrezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verirki, məktubda qeyd olunub:

"Hörmətli İlham Heydər oğlu.

Sizi ölkənizin mühüm bayramı olan Zəfər Günü münasibətiləsəmimi-qəlbdən təbrik edirəm.

Bu əlamətdar tarix müasir Azərbaycan tarixində xüsusi yer tutur,Azərbaycan xalqının ədalətə, sülhə və birliyə sarsılmaz iradəsini,suverenlik və müstəqillik prinsiplərinə möhkəm sadiqliyini təcəssümetdirir.

Sizin müdrik və uzaqgörən rəhbərliyiniz, həyata keçirdiyinizstrateji kursa ümumxalq dəstəyi sayəsində Azərbaycan BMTNizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərinə uyğunolaraq öz ərazi bütövlüyünü bərpa etmiş, dövlət quruculuğusalnaməsində davamlı və yaradıcı tərəqqinin yeni səhifəsiniaçmışdır.

Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar edilməsinəyönəlmiş siyasətiniz beynəlxalq ictimaiyyət tərəfindən haqlı olaraqgeniş dəstək qazanmışdır. Çünki bu siyasət uzunmüddətli əməkdaşlıq,qarşılıqlı etimad və bütün regionun davamlı inkişafı üçün əlverişlişərait yaradır.

Bu fürsətdən istifadə edərək, Qazaxıstan-Azərbaycan stratejitərəfdaşlığının və müttəfiqliyinin dinamik inkişafını böyükməmnunluqla qeyd etmək istərdim. İkitərəfli əməkdaşlığın dostluq vəmehriban qonşuluq ruhunda möhkəmlənməsinə verdiyiniz böyük şəxsitöhfəni yüksək qiymətləndirirəm.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizətükənməz enerji, qardaş Azərbaycan xalqının rifahı naminə yeniuğurlar arzulayıram."

Seçilən
22
41
az.trend.az

10Mənbələr