Misli Premyer Liqasının XI turunda "Karvan-Yevlax" "Araz-Naxçıvan"a 1:2 hesabı ilə məğlub olub. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Yevlax təmsilçisinin baş məşqçisi Azər Həşimov məğlubiyyəti şərh edib:

"Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. “Çelsi” ilə oyunda heç-heçə edən “Qarabağ”ı təbrik edirəm, onlara uğurlar arzulayıram. Oyuna gəldikdə, hər şeyi özünüz gördünüz.Futbolçularımız əzmkar mübarizə apardılar. Penalti mübahisəli epizod idi. Açığı, epizoda baxa bilmədim. Baxandan sonra dəqiq deyə bilərəm. Futbolçular deyir ki, penalti yox idi. Vadim paltardəyişmə otağında çox məyus idi. Özü deyirdi ki, əlimi gizlətmişəm. Epizoda baxmağa vaxtım olmadı. Ona görə də nəsə deyə bilmərəm. Bütün hakimlərimiz ədalətli qərar versələr, yaxşı olar.Artıq üçüncü oyundur ki, hesabda öndə olduğumuz halda məğlub oluruq. Futbolçular xal qazanmaq üçün əziyyət çəkirlər, döyüşürlər. Hələ ki idman xoşbəxtliyi bizdən yan qaçır. Güman edirəm ki, gələcəkdə daha yaxşı olar".